330x110
 

Azəri-Çıraq-Günəşli yatağından 4 milyardıncı barel neft nəql edilib

20.09.2021,12:11


20 sentyabr, Fineko/abc.az. Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağından 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə bp şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.

Müəllif: Elmir Murad