330x110
 

Qarabağda arıçılıq balın qiymətinə təsir edəcək - Açıqlama

20.09.2021,14:53


20 sentyabr, Fineko/abc.az. Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

B.Həsrətovun sözlərinə görə, bu il azad olunmuş ərazilərdə arıçılar yüksək məhsul götürüb:

"Qarabağ bölgəsində arıçılıq qədimdən inkişaf etmiş sahələrdən biri olub. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə arıçılıq yenidən inkişaf edir. Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4000-dən çox arı ailəsi köçürülüb. Bu il həmin yerlərdə məhsuldarlıq çox olub. Belə ki, hər arı yeşiyindən 50 kiloqrama yaxın bal götürülüb".