Repititorluq fəaliyyəti göstərənlər vergi ödəməlidir ya yox?

15:51 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Repetitorluqla məşğul olan müəllimlərin gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəyəcəkləri barədə məlumatlar yayılıb.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, repetitor fəaliyyəti göstərənlər hər zaman vergiyə cəlb olunub.

“Qanunvercilikdə heç bir yeni bir dəyişiklik yoxdur. Sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergiyə cəlb olunur. Əgər kurs açılıbsa, məktəbdən kənar fəaliyyət göstərilirsə, dövlətə vergi ödənməlidir” deyə qurumdan bildirilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər