330x110
 

"ƏDV geri al" layihəsi çərçivəsində nə qədər məbləğ geri qaytarılıb?

20.09.2021,16:57


20 sentyabr, Fineko/abc.az. Azərbaycanda "ƏDV geri al" layihəsi çərçivəsində geri qaytarılan məbləğ məlum olub.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu ilin sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 851 431 çek üzrə 119,66 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb.

ƏDV-nin qaytarılması üçün yaradılan xüsusi portalda (edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

Müəllif: Elmir Murad