330x110
 

TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir

21.09.2021,11:51


21 sentyabr, Fineko/abc.az. Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq vəsaitlər, avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Tərtər rayonundan Dünya Hüseynova, İntizar Tağıyeva, Xudavənd Mustafayev, Ruslan Abbaslı, Murov Şabanov, Əli Quliyev və Ağdam rayonundan Rahil Əhmədzadə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara və yemlə təmin edilmişlər.

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə və ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank

Bizimlə etibarlıdır................