Prezident bu məktəblərdə aparılab yenidənqurma işləri ilə tanış oldu

14:10 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

ABC.AZ xəbər verir ki, dövlət başçısına 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə məlumat verilib.

Bildirilib ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.

Bununla yanaşı ölkə başçısı Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.

Bildirilib ki, Sabunçu rayonundakı 307 saylı tam orta məktəb də əsaslı təmir edilib və burada yeni korpus tikilib.

 

Bütün xəbərlər