Prezident Sərəncam verdi

14:50 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Prezidentin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Prezidentlə razılaşdırmaqla “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib.

 

Bütün xəbərlər