330x110
 

Bu kartın sahibləri 8 ayda 3 mln AZN-dən çox keşbek qazanıb!

21.09.2021,15:04


21 sentyabr, Fineko/abc.az. Rabitəbankın eksklüziv üstünlüklərə malik keşbek kartı Kartmane sahiblərini sevindirməyə davam edir. Cari ilin avqust ayında Kartmane ilə nağdsız ödənişlər sayəsində müştərilərin qazandığı keşbek 3 milyon AZN-i keçərək 3.7 mln AZN təşkil edib.

Bu keşbek məbləğlərinin böyük əksəriyyəti Yanacaqdoldurma Məntəqələrindən (1,5 mln AZN-dən çox), market və restoranlardan 100 min AZN-dən çox, digər xərclərdən  isə 1 mln 537 min AZN-dən çox məbləğdə keşbek qaytarılıb. Tərəfdaşlardan geri qaytarılmış keşbek məbləği isə 81 000 AZN-i keçib.

Rabitəbankın 90 mindən çox müştərisi Kartmane vasitəsilə alış-verişlərindən yerindəcə keşbek bonusları əldə edirlər. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız Kartmane ilə müştərilərimiz dünyanın istənilən YDM-lərindən 10%, bütün kafe və restoranlardan 5%, hər alış-verişlərdən isə 2% keşbek əldə edə biləcəklər. Yenicə müştərilərin istifadəsinə verilmiş Azercell keşbek növü vasitəsilə xərclərinizdən qazanılan keşbek ballarını Azercell-dən danışıq dəqiqələri və ya internet paketinə dəyişmək mümkündür.



700-dən çox tərəfdaş şəbəkəsindən isə Kartmane 40%-dək keşbek təklif edir. Rabitəbankın mobil tətbiqi Rabita Mobile isə Kartmane sahiblərinin işini bir az daha rahatlaşdırır. Qazanılmış keşbek bonuslarını rahatlıqla izləmək və tətbiqdəki istənilən Rabitəbank kart balansına köçürmək mümkündür.

Kartmanenin “Telegram” kanalında Bankın tərəfdaşlıq etdiyi tərəfdaş şəbəkəsinin özünəməxsus və Kartmaneyə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. Kartmane ilə məbləği nağdlaşdırmaq da sərfəlidir - ölkədaxili istənilən bank ATM-dən ayda 5 dəfə nağdlaşdırmaq tamamilə komissiyasızdır.

Siz də Kartmane sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı Bakı və Abşeron yarımadası ərazilərinə kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə Rabita Mobile tətbiqi, RabitaBot çatbotu və ya Bankın rəsmi veb-sayta keçid edə bilərsiniz - http://rbt.az/kartmane

 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Açar sözlər: Rabitabank