Prezident bu Fond haqqında Fərman verdi

15:25 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli Fərmanında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2022–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir. İndiyə qədər həmi müddət 2020-2023-ci illəri əhatə edirdi.

 

Bütün xəbərlər