Neft bahalaşır, Brent bir barelə $75,24 təşkil edir

09:55 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Çərşənbə günü ticarətində etalon markaların qiymətləri artmaqdadır.

Saat 09:15-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,88 (1,18%) bahalaşaraq bir barelə $75,24 təşkil edib. Sentyabrın 21 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $0,44 (0,6%) artaraq bir barelə $74,36 təşkil edib.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin oktyabr fyuçersi  $0,89 (1,26%) artaraq bir barelə $71,38 təşkil edib. Sentyabrın 21 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin oktyabr fyuçers qiyməti $0,20 (0,29%) yüksələrək bir barelə $70,49 təşkil edib.

 

Bütün xəbərlər