Agentlik tenderin qalibini açıqladı - Şirkətə 129 min manatdan çox pul ödənəcək

11:10 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, mətbuatda elan, bildiriş və reklamların verilməsi; reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materiallarının hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Açıq tenderin qalibi "ALOPRİNT ” MMC olub.

Aqrar Kredit və İnkişaf Agentliyi qalibə 129 min 400 manat ödəyəcək

 

 

Bütün xəbərlər