330x110
 

Bankların kredit portfeli çoxalıb - Böyük artım

22.09.2021,15:18


22 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank avqust ayı ilə bağlı bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, iyul ayı ilə müqayisədə avqustda bankların kredit portfeli (müştərilərə verilən kreditlər) 240,3 milyon manat artaraq 15 milyard 206,8 milyon manata, xalis kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər) 224,3 milyon manat artaraq 13 milyard 981.9 milyon manata çatıb.