Bank işçilərinin sayı nə qədər artıb?

15:48 - 22.09.2021


22 sentyabr, Fineko/abc.az. 2021-ci ilin avqust ayında bank işçilərinin sayı 175 nəfər, yanvar-avqust dövründə (8 ayda) isə 636 nəfər artıb.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Mərkəzi Bankın avqust ayı üçün açıqladığı hesabatda öz əksini tapıb.

Belə ki, 2021-ci ilin iyul ayında bank işçilərinin sayı 176 nəfər artmışdı.

Ötən ilin sonunda bank işçilərinin sayı 18 min 708 nəfər ikən, 2021-ci ilin avqust ayının sonunda 19 min 344 nəfər təşkil edib.

2020-ci ilin avqust ayı ilə müqayisədə bank işçilərinin sayı 855 nəfər artıb.

Onu da qeyd edək ki, 2020-ci ilin avqust ayının sonunda bank işçilərinin sayı 18 min 489 nəfər təşkil etmişdi.

 

Bütün xəbərlər