Distant təhsil ləğv edildi - Yeni qərar

10:25 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Nazirlər Kabineti distant təhsil tələbinin ləğv edilməsi haqqında qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi saytında dərc olunmuş qərara əsasən, distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Bundan başqa, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması; dərslərin növbəli qaydada həyata keçirilməsi; dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi; dərslərarası (məşğələlərarası) 10 dəqiqəlik fasilə tələbi ləğv edilir.

Həmçinin dərslərin həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilib.

 

Bütün xəbərlər