11:58 - 23.09.2021
23 sentyabr, Fineko/abc.az. ABŞ-ın "Boeing" korporasiyası 2040-cı ilədək Çin aviaşirkətlərinə 1,47 trilyon ABŞ dolları dəyərində 8,7 min təyyarə satmağı planlaşdırır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Korporasiyanın proqnozlarına görə, yaxın 20 ildə Çinin hava nəqliyyatı sahəsində işçilərin sayı 400 min nəfər (pilot, texnik, stüardessa və s.) artacaq.
"Boeing"in hesablamalarına görə, korporasiya peşəkar işçilərin yetişdirməsinə kömək etməklə hər il Çində 1,5 milyard dollarlıq ÜDM istehsal edir.
"Çinlə hörmət və qarşılıqlı güvən prinsipləri üzərində tərəfdaşlıq qurulur. ÇXR, eyni zamanda, sərnişin təyyarələrimizin bütün modelləri üçün komponentlərin tədarükçüsü qismində çıxış edir", - korporasiyanın məlumatında deyilir.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024