330x110
 

Ukraynada “Bayraktar”ın zavodu tikiləcək

23.09.2021,12:23


23 sentyabr, Fineko/abc.az. Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən zavod tikiləcək.

ABC.AZ-ın Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba verib.

Nazir BMT Baş Assambleyası çərçivəsində Prezidentlər Vladimir Zelenski və Rəcəb Tayyip Ərdoğan arasında görüşü şərh edərkən bunları söyləyib.

“Ölkələrimiz arasında bir neçə ambissiyalı layihə var. Burada həm pilotsuz uçuş aparatlarının, həm də Ukrayna Hərbi Dəniz Qüvvələri üçün gəmilərin istehsalı nəzərdə tutulur”, - deyə nazir açıqlayıb.