Elman Rüstəmov: manatın düşməsi üçün heç bir əsaslı səbəb yoxdur

15:56 - 9.04.2018


9 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinə nikbin yanaşır.

AMB-in İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, manatın dollara nisbətdə  zəifləməsini proqnozlaşdırmaq üçün heç bir əsaslı səbəb yoxdur.

“Formalaşmış mühiti, xüsusilə  sabit makroiqtisadi vəziyyəti, 25% artan valyuta ehtiyatlarını,  keçirilən valyuta hərraclarında real tələbatın təklifin yüksəlməsini nəzərə alaraq, belə söz-söhbətlərin haradan qaynaqlandığı aydın deyil”, - E. Rüstəmov belə deyib.

 

Bütün xəbərlər