Valyuta hərracında banklar 58 milyon dollar əldə ediblər

12:44 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 23-də baş tutmuş valyuta hərracında banklara $58 mln satılıb ki, bu da ötən hərracla müqayisədə $5,8 mln və ya 11,1% çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $58 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

 

Bütün xəbərlər