Siyəzənin iki kəndində içməli su layihəsinin icrası yekunlaşıb

15:22 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Siyəzən rayonunun su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərində içməli su layihəsinin icrası yekunlaşıb.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, həyata keçirilən layihə çərçivəsində kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılaraq istismara verilib. Beləki, Sədan kəndində 11 km paylayıcı su şəbəkəsi yaradılıb 148 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Eynibulaq kəndində isə 10 km uzunluğunda paylayıcı su xətləri inşa edilib. Yeni şəbəkədən 170 ünvana  ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

Bu münasibətilə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov iştirak edib.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanıldığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, həm dövlət investisiyaları, həm də daxili imkanlar hesabına su çatışmazlığı müşahidə olunan kəndlərdə layihələr icra olunur, belə layihələr 2022-ci ildə də davam etdirləcək.

 

Bütün xəbərlər