Çin hökuməti əmlak şirkətinin xilası üçün addımlar atmağa başladı

16:09 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Çin hökuməti defolt riski ilə üzləşən iri əmlak şirkəti ilə bağlı addımlar atmağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkət "Evergrande"dir və hökumət rəsmiləri şirkət rəhbərliyini danışıqlara başlamağa çağırıb.

Həmçinin, şirkətə əsas diqqəti yarımçıq qalan layihələrin tamamlanmasına yönəltmək və yerli investorların borclarını tədricən ödəmək tapşırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər