18 yaşı keçmiş və vaksin olunmamış tələbələr universitetə buraxılmayacaq

16:35 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub.

ABC.AZ-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır: “18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar".

 

Bütün xəbərlər