Neftin qiyməti artmaqdadır, Brent bir barelə $77,41 təşkil edir

09:52 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Cümə günü ticarətində etalon markaların qiymətləri artmaqdadır.

Saat 09:25-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $0,16 (0,21%) bahalaşaraq bir barelə $77,41 təşkil edib. Sentyabrın 23 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $1,06 (1,39%) artaraq bir barelə $77,25  təşkil edib.

Saat 9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi  $0,06 (0,08%) artaraq bir barelə $73,36 təşkil edib. Sentyabrın 23 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $1,07 (1,48%) artaraq bir barelə $73,30 təşkil edib.

 

Bütün xəbərlər