SOCAR iqtisadiyyat dərsliklərinin tərcüməsini maliyyələşdirəcək

14:31 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları müxtəlif təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyi planlaşdırır.

ABC.AZ SOCAR-a istinadla xəbər verir ki, layihə “SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri” çərçivəsində həyata keçirilir. İqtisadiyyat dərsliklərinin tərcüməsi ilə yanaşı biologiya və kimya mühəndisliyi ixtisasları üzrə də bu kimi layihələr reallaşdırılır.

Tərcümə olunacaq kitabların 2022-2023-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrində dərs vəsaiti kimi müəllim və tələbələrin istifadəsinə verilməsi planlaşdırılır.

 

Bütün xəbərlər