330x110
 

Rusiyadan buğda ixracına görə rüsum qalxacaq

24.09.2021,15:45


24 sentyabr, Fineko/abc.az. Cari ilin sentyabrın 29-dan oktyabrın 5-dək Rusiyadan buğda ixracına rüsumun hər ton üçün 50,9 dollardan 53,5 dollar yüksələcək.

Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin  açıqlamasında deyilir.

Qeyd olunur ki, arpa ixracı rüsumu bir ton üçün 31 dollardan 35,3 dollara yüksələcək, qarğıdalı rüsumu 47,8 dollardan 46,3 dollara düşəcək.