Cari ildə ölkəyə 480 min ton buğda idxal edilib

16:05 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında ölkəyə 480,9 min ton buğda idxal edilib. İdxal edilən buğdanın dəyəri 122,2 milyon dollar olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ötən ilin eyni dövründə isə ölkəyə 147,2 milyon dollarlıq 688,7 min ton buğda idxal edilmişdi.

 

 

Bütün xəbərlər