Çin Mərkəzi Bankı bütün kriptovalyuta əməliyyatlarını qanunsuz elan edib

16:36 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Çin Mərkəzi Bankı ölkədə həyata keçirilən bütün kriptovalyuta əməliyyatlarının qadağan edilməli olduğunu açıqlayıb.

Xəbər verilir ki, tənzimləyicinin fikrincə, bitkoin də daxil olmaqla bütün kriptovalyutalar rəsmi ödəniş vasitəsi olmadığı üçün bazara çıxarıla bilməz.

Eyni zamanda bank kriptovalyutalarla əlaqəli fəaliyyətlərin qanunsuz hesab edildiyini bildirib. Bununla da, xarici kriptovalyuta birjaları Çində xidmət göstərə bilməz.

Ekspertlərin sözlərinə görə, belə bir qadağa çirkli pulların yuyulması da daxil olmaqla kriptovalyutalarla əlaqəli risklərin monitorinqini gücləndirəcək.

Bu xəbərin fonunda bitkoinin dəyəri 3% düşüb. Növbəti mərhələdə digər kriptovalyutalar da ucuzlaşıb – “Ethereum” və “Dogecoin” 7%, digərləri isə 3-10%.

2017-ci ildə Çində kriptobirjalar, 2021-ci ilin mayında isə ölkədə bitkoin mayninqi qadağan edilib.

© Banker

Bütün xəbərlər