Neftin qiyməti yüksəlir, Brent bir barelə $79 təşkil edir

09:25 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Bazar ertəsi günü ticarətində etalon markaların qiymətləri artmaqdadır.

Saat 08:55-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $1,06 (1,36%) artaraq bir barelə $79,15 təşkil edib. Sentyabrın 24 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $0,84 (1,09%) artaraq bir barelə $78,09 təşkil edib.

Saat 08:55-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi  $1,02 (1,38%) artaraq bir barelə $75,00 təşkil edib. Sentyabrın 24 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $0,68 (0,93%) yüksələrək bir barelə $73,98  təşkil edib.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 3,65%, WTI – 2,79% bahalaşıb.

 

Bütün xəbərlər