"Ford" şirkəti bu qədər avtomobilini geri çağırır - Detallar

10:57 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. ABŞ-ın “Ford” şirkəti 38 min avtomobilini geri çağırır.

ABC.AZ-ın məlumatına görə, söhbət 2021-ci il istehsalı olan “Mustang Mach-E” krossover tipli avtomobillərdən gedir. Səbəb isə düzgün bərkildilməyən ön şüşə və panorama lüklarıdır.

Belə ki, bu qüsur nəticəsində nəqliyyat vasitəsi hərəkətdə olan zaman həmin detallar ayrılaraq düşə bilər. Şirkət hələlik belə hallar barədə hər məlumatın daxil olmadığını deyir.

Qeyd edək ki, bundan əvvə iyulda “Ford” 850 min avtomobilini geri çağırıb. Müəllif: Elmir Mura

 

Bütün xəbərlər