Dövlət Agentliyi bu şirkətə 900 min manata yaxın pul ödəyəcək

12:01 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, informasiya təhlükəsizliyi sahəsində proqram təminatı üzrə lisenziyaların alınması və quraşdırılması xidmətinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "EVRODİZAYN" QSC olub.

Dövlət Məşğulluq Agentliyi qalibə 849 min 600 manat ödəyəcək.

 

Bütün xəbərlər