Alman şirkəti 100 mağaza açacaq - 1,8 milyardlıq sərmayə

15:52 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Almaniyanın pərakəndə şirkəti "Aldi" 100 yeni mağaza açacaq.

ABC.AZ-ın məlumatına görə, şirkət bunu Böyük Britaniyada və 20 il ərzində həyata keçirməyi planlaşdırır.

Alman şirkəti bu məqsədlə 1,3 milyard sterlinq (1,8 milyard dollar) həcmində sərmayə yatırılmasının planlaşdırıldığını açıqlayıb.

Onu da qeyd edək ki, pərakəndə qrupunun Böyük Britaniyada son iki il ərzində 7 min nəfərə daimi məşğulluq təmin etdiyi, gələn il ərzində isə 2 mindən çox adamın işə götürülməsinin nəzərdə tutulduğu qeyd edilib.

 

Bütün xəbərlər