Zəngəzur dəhlizinin yaradılması istiqamətində geniş miqyaslı işlərə başladıq - Prezident

16:36 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Biz Zəngəzur dəhlizinin yaradılması istiqamətində Azərbaycanda geniş miqyaslı işlərə başladıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanı inşa olunur.

"Bizim öz ərazimizdəki işləri 2 ilə bitirəcəyimizi düşünürəm, çünki burdakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 km-dir. Bu, 1 il və ya 1 yarıma çəkilə bilər. Biz bunu gözləyirik” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər