Gürcüstan Azərbaycan və Ermənistan arasında platforma yaradıla bilər - Təklif

17:12 - 27.09.2021


27 sentyabr, Fineko/abc.az. Gürcüstan hökuməti Tiflisdə Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmiləri arasında daimi təmaslar üçün bir platforma yaratmağı təklif edir.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçirilən birifinq zamanı deyib.

Baş nazir qey edib ki, iyun ayında minalanmış ərazilərin xəritələrinə qarşılıq olaraq 15 erməni əsirin qaytarılması ilə bağlı humanitar əməliyyat həyata keçirilib və Tiflis bu əməliyyat zamanı vasitəçi qismində iştirak edib.

“Bu, görünməmiş bir hadisə idi. Müstəqillik əldə ediləndən bu yana, Gürcüstanın iki qonşu ölkə arasında vasitəçi olması halı olmamışdı. Biz bu tapşırığı uğurla yerinə yetirdik”, - deyə Gürcüstanın Baş naziri qeyd edib.

 

Bütün xəbərlər