"TikTok" istifadəçiləri 1 milyarda çatdı

10:11 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. "TikTok" qısa video xidmətli sosial şəbəkənin hazırda 1 milyard aktiv istifadəçisi var.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqlamaslnda bildirilib.

ABŞ və digər regionlarda nəhəng izləyici kütləsi olan "TikTok" son 3 ildə ardıcıl böyüyüb. Belə ki, 2018-ci ilin yanvarında cəmi 55 milyon qlobal istifadəçisi olan şəbəkə həmin ilin sonunda bu rəqəmi 271 milyona, 2019-cu ilin dekabrında isə 507 milyona çatdırıb. Ötən ilin yayında 700 milyon təşkil edən aylıq aktiv istifadəçi sayı pandemiya səbəbindən elektron mediaya və xidmətlərə tələbatın artmasına görə son 1 il ərzində daha da böyüyərək, 1 milyarda çatıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər