Neft sənayesinə sərmayələr azalıb

10:19 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Neft sənayesinə investisiyalar azalıb.

ABC.AZ-ın məlumatına görə, ekspertlər bunu yeni növ koronavirus pandemiyası da daxil olmaqla müxtəlif amillərlə əlaqədar sayırlar.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), neft sənayesinin 2045-ci ilə qədər təxminən 12 trilyon dollar sərmayəyə ehtiyac olacağını təxmin edir.

Bunu təşkilatın baş katibi Məhəmməd Barkindo Vaşinqton Atlantik Şurasının təşkil etdiyi videokonfransda çıxış edərkən bildirib.

Barkindo qeyd edib ki, təşkilatın itirdiklərini bərpa etmək üçün 2045-ci ilə qədər sənayenin təxminən 12 trilyon dollara ehtiyacı olacaq.

 

Bütün xəbərlər