330x110
 

Çörək sexində pozuntular aşkarlandı - Foto

28.09.2021,12:23


28 sentyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, Həsənov Mahir Məhərrəm oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi gigiyenik geyimdən istifadə etmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.