AMB valyuta hərracında banklara $56,6 mln. satıb

12:42 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 28-də keçirilən valyuta hərracında banklara $56,6 mln satılıb ki, bu da ötən hərracla müqayisədə $1,4 mln və ya 2,41% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $56,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər