Səkkiz ayda Azərbaycan bu qədər qaz ixrac edib - Hesabat

16:01 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 13,241 milyard kubmetrdən çox təbii qaz ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə 32 faiz çox deməkdir.

Hesabata əsasən, yanvar-avqust aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,35 milyard dollara yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artım deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər