"PAŞA Bank"ın Türkiyədəki törəməsi istiqraz buraxır

16:16 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası" Azərbaycanda 60 milyon ABŞ dolları dəyərində istiqraz buraxmağa hazırlaşır.

Bu barədə ABC.AZ renkinq.az-a istinadla xəbər verir.

 Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 60 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

 

Bütün xəbərlər