Səkkiz ayda istehlakçılar üçün satılan mallar artıb - 3 faizdən çox

17:12 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 31.8 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3.3 faiz artıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3 faiz artaraq 30.6 milyard manata bərabər olmuş, onun 46.9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 396.8 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 28.1 manat çox vəsait xərcləyib.

 

Bütün xəbərlər