Neft ucuzlaşır, Brent bir barelə $77,97 təşkil edir

09:35 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə günü ticarətdə azalır.

Saat 09:05-də London ICE Futures birjasında baş tutmuş ticarət gedişatında Brent neftinin noyabr fyuçersi $1,12 (1,42%) ucuzlaşaraq bir barelə $77,97 təşkil edib. Sentyabrın 28 - də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent neftinin fyuçers qiyməti $0,44 (0,55%) düşərək bir barelə $79,09 təşkil edib.

Saat 09:05-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutmuş ticarətdə WTI-nin noyabr fyuçersi  $1,08 (1,43%) enərək bir barelə $74,21 təşkil edib. Sentyabrın 28 - də keçirilən hərracların nəticələrinə görə, WTI-nin noyabr fyuçers qiyməti $0,16 (0,21%) enərək bir barelə $75,29   təşkil edib.

 

Bütün xəbərlər