Nazirlik tender keçirir - Şərtlər

10:54 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması üçün açıq tender elan edir.

ABC.AZ-ın məlumatına görə, elektron satınalmada iddiaçı qismində satınalma predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

 

Bütün xəbərlər