BP şirkəti Azərbaycandakı bu layihəsindəki payının bir hissəsini satır

15:07 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. bp şirkəti, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni LUKOYL şirkətinə satmağı razılaşdırıb.

Bu barədə ABC.AZ-a bp şirkətindən bildirilib.

Qeyd edilib ki, alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq.

Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, bp – 25% və LUKOYL – 25%.

 

Bütün xəbərlər