"Bakı Metropoliteni" bu şirkəti qalib seçdi - 380 min matandan çox pul veriləcək

15:45 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocasən” elektrik deposunda inşa edilən B-DA-00 yarımstansiyasında quraşdırılan elektrik avadanlıqları üçün, 825V-luq təmas şəbəkəsinin elektrik təchizatı üçün və sahədaxili magistral elektrik şəbəkəsi üçün tələb olunan kabel muftalarının satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi  AZSPEKTR" MMC olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qalibə 381 min 276 manat ödəyəcək.

 

Bütün xəbərlər