Türkiyə Azərbaycandan qaz idxalını kəskin azaldıb - Hesabat

10:33 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5 418,48 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 17,1% azdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, Türkiyə 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 6 538,82 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, cari ilin iyul ayında Türkiyə Azərbaycandan 540,03 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 50,63% azdır.

İyun ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya, İrandan və Cəzairdən sonra dördüncü yerdə qərarlaşıb.

 

Bütün xəbərlər