Niderland şirkəti Bakıda yeni layihələrə başlayır? - Detallar

11:25 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Niderlandın “UN Studio” şirkəti Bakıda yeni layihələr həyata keçirmək niyyətindədir.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunu “UN Studio” şirkətinin Yaxın Şərq və Afrika üzrə icraçı direktoru Arcan Pit bildirib.

Onun sözlərinə görə, hazırda “UN Studio” şirkəti şəhərdə bir sıra tikinti layihələri üzərində işləyir.

A.Pit bu layihələrdən Ağ Şəhərdə yaşayış binasının və piyada körpüsünün tikintisini qeyd edib: “Şəhərin mədəni irsini müzakirə etmək, habelə öz töhfəmizi necə verə biləcəyimizi müzakirə etmək üçün səfirliyə dəvət olunmuşuq”.

O, həmçinin şirkətin müxtəlif ölkərdə bir sıra layihələr həyata keçirdiyini və baş ofisinin Amsterdam şəhərində yerləşdiyini əlavə edib.

 

Bütün xəbərlər