Azərkosmos sığortaçı axtarır

10:34 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. “Azərkosmos” ASC könüllü tibi sığorta xidməti üçün kotirovka sorğusu elan edib.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 14-ü, saat 15:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyr Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 15-də, saat 09:30-da qeyd olunan ünvanda baxılacaq.

 

Bütün xəbərlər