Gömrük Komitəsi "As İnşaat" MMC-ni qalib etdi - Böyük məbləğ ödəyəcək

12:34 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bir müddət əvvəl elan etdiyi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi üzrə tikinti-quraşdırma işləri ilə əlaqədar keçirilən tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "As İnşaat" MMC olub. Dövlət Gömrük Komitəsi qalibə 9 milyon 200 min manat ödəyəcək.

 

Bütün xəbərlər