Suraxanıda yollar təmir olunacaq - Prezident rayona pul ayırdı

14:42 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ zəbər verir ki, Sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat vəsait ayrılıb.

 

Bütün xəbərlər