Rusiya bankından yenilik - Müştərilər bankomatlardan kredit almağa başladı

15:16 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Sberbank bütün Rusiyadakı bankomatlarında təminatsız istehlak kreditləri verməyə başlayıb.

ABC.AZ-ın məlumatlna görə, minimum kredit məbləği 30 min rubl (700 manat), maksimum 5 milyon rubl (116 min manat) təşkil edir (əmək haqqı kartı layihələrinin müştəriləri üçün).

Digər kateqoriyalı müştərilər üçün isə maksimum məbləğ 3 milyon rubldur (70 min manat).

Kredit almaq üçün müştəri bankomata daxil olur, menyudan "Kredit al" seçimini edir, kartın PİN-kodunu daxil edərək kredit müqaviləsi imzalayır və vəsaitin karta daxil olmasını gözləyir. Ərizə ilə bağlı qərar vermə müddəti minimuma endirilib və iki dəqiqədən ibarətdir.

 

Bütün xəbərlər