Startapçılarımız İstanbulda razılıq əldə etdi - Detallar

16:02 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı ölkəmiz üçün əhəmiyyətli nailiyyətlərlə başa çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a məlumata görə, Azərbaycanın 10 startap və texnologiya şirkətinin iştirak etdiyi, həmçinin texnoloji məhsul və həllərin nümayiş olunduğu Milli Pavilyonu sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin rezident startaplarından biri investorların diqqətini cəlb edib. Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu – “Zərbə” startapı simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb. Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq əldə olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər